310
14:19
16 Aprel 2019

“Mançester Yunayted” Koutinyonu almaqdan imtina etdi - SƏBƏB

İngiltərənin “Mançester Yunayted” klubunun mövsümlərarası fasilə ilə bağlı transfer planlarında dəyişiklik olub.
ONA -nın məlumatına görə, mançesterlilər İspaniyanın “Barselona” klubunda çıxış edən Filippe Koutinyonu almaq fikrindən imtina edib.
Hərçənd “qırmızı şeytanlar” braziliyalı yarımmüdafiəçini 100 milyon avro qarşılığında heyətinə qatmaq niyyətində idi. Buna azarkeşlərin Çempionlar Liqasının 1/4 final mərhələsinin iki klub arasındakı ilk oyunundakı hərəkəti səbəb olub.
Belə ki, ingiltərəli fanatlar “Old Trafford”a “Barselona” formasında çıxan cənubi amerikalını sərt şəkildə qarşılayıb. Bu da futbolçunun vaxtilə “Liverpul”da oynaması ilə bağlıdır. “Mançester Yunayted” rəhbərliyi də bu səbəbdən F.Koutinyonu almaq fikrindən daşınıb.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsüm Primeranın 30 oyununda 5 qol vurub.