230
13:10
16 Aprel 2019

® Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini iki pillə yüksəltdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb və reytinqləri iki pillə yüksəldib. Belə ki, bankın Uzunmüddətli depozit reytinqi Pozitiv proqnozla B3 səviyyəsindən B1 səviyyəsinə qədər artırılıb, Kredit ödəmə qabiliyyəti reytinqləri (Baseline Credit Assessment, Adjusted Baseline Credit Assessment) caa2 səviyyəsindən b3 səviyyəsinə, Bankın Uzunmüddətli Qarşı Tərəfin Risk Qiymətləndirilməsi reytinqləri (Long-term Counterparty Risk Assessment, Long-term Counterparty Risk Rating) isə B2 səviyyəsindən Ba3 səviyyəsinə yüksəldilib.
Agentlik ekspertlərinin rəyində qeyd edilib ki, reytinqlərin bu yüksəlişi bankın aktivlərinin keyfiyyətinin artırılmasının, kapital mövqeyinin gücləndirilməsinin, gəlirliliyinin təmin olunmasının, xərclərin optimallaşdırılmasının müsbət təsirləridir. Bu istiqamətdə atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə 426 milyon manat xalis mənfəət (295 mln. manat əməliyyat mənfəəti) əldə edib. Kapitalın adekvatlığı əmsalı artıb, Aktivlərin gəlirliliyi əmsalı (ROAA) 3.5%-ə yüksəlib.
Moody’s ekspertlərinin fikrincə, ölkəmizdə əldə edilən makroiqtisadi sabitliyin, yerli banklar üçün yaranmış əlverişli əməliyyat mühitinin də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksəlməsində rolu böyükdür.
Agentlik hesab edir ki, bankın mövcud balans strukturuna əsasən, növbəti 12 - 18 ay ərzində də dayanıqlı gəlirlilik təmin olunacaqdır.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Moody’s Beynəlxalq Reytinq Agentliyinin yeni qərarı bu gün Azərbaycan Beynəlxalq Bankında gedən davamlı inkişaf proseslərini əks etdirir. Bankda özünü göstərən müsbət tendensiyalar beynəlxalq reytinq agentlikləri tərəfindən də diqqətlə izlənilir və qiymətləndirilir. Bankın maliyyə dayanıqlılığının artırılması strateji layihələrimizin icrasına geniş imkanlar yaradır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən,www.ibar.azinternet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçininrəsmi Facebook səhifəsindənəldə etmək olar.