328
13:07
16 Aprel 2019

Lənkəranda 3 motosiklet toqquşdu: 4 yaralı - FOTO

Lənkəranda 3 motosiklet toqquşub, 4 nəfər xəsarət alıb.
ONA -nın cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində baş verib.
Masallı rayonunun Köçəkli kənd sakinlərinin ard-arda idarə etdikləri 3 yedəkli motosiklet bir-biri ilə toqquşub, sonra isə qarşıdan gələn Qumru Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Qəza zamanı motosikletlərin sürücüləri - 1994-cü il təvəllüdlü Fərəc Rəhimli, 1995-ci il təvəllüdlü Hüseyn Mirəzizov, 1995-ci il təvəllüdlü Cahangir Bəhlulov və 2002-ci il təvəllüdlü sərnişin Söhbət Orucov müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.
İlkin məlumata görə, "Ford" markalı mikroavtobus qəzaya səbəb olub.
Faktla bağlı araşdırma aparılır.