333
12:44
16 Aprel 2019

DİN-dən qardaşın bacılarını bıçaqlaması ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) Bakının Xəzər rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, aprelin 16-da saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Səadət Əlimanovanın evinə gəlmiş qardaşı, əvvəllər məhkum olunmuş Muxtar Əlimanov ailə-məişət münaqişəsi zəminində ona və orada yaşayan digər bacısı Məlahətə bıçaqla xəsarət yetirib. Səadət hadisə yerində ölüb, Məlahət isə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Əlimanov tutulub.