280
11:42
16 Aprel 2019

Həcc ziyarəti üçün sənəd qəbulu davam edir

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az -a bildirilib ki, artıq 450 nəfərə yaxın zəvvar namizədi öz sənədlərini təqdim edib.

Sənəd qəbulu iyun ayının ilk ongünlüyünə kimi davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib. Sənədlərin qəbulu yalnız QMİ tərəfindən həyata keçirilir. Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.