4189
11:29
16 Aprel 2019

Rəşad İlyasovun söyüşünə görə QALMAQAL DÜŞDÜ - Araya müğənni girdi

Əməkdar artist Rəşad İlyasovun efirdə söyüş söydüyü videoya açıqlama verməsi qalmaqal yaradıb.

Lent.az bildirir ki, müğənni Kərim Abbasov həmkarını gec açıqlama verdiyinə görə tənqid edib: “Əslində bu açıqlamanı çoxdan verməli idin. Ona görə ki, kişi dediyin şəxs etdiyi əməli boynuna almalıdır. Etdiyi əməli heç kimin üstünə atmamalı idin. Sənə görə, Rüfətin başına gəlməyən qalmadı. Söyüşü söyən sən, çəkən Rüfət. Əslində Dağlı adına yaraşdırmadım”.

Onu da əlavə edək ki, prodüser Tolik bu gün “Hər şey daxil” verilişində R.İlyasovun AzTV-də yayımlanan "Yaradanlar və yaşadanlar" adlı verilişinin yayımını dayandırmalı olduğunu bildirib. AzTV ona 6 ay vaxt verib.

Qeyd edək ki, "Space" kanalının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.