1919
11:06
16 Aprel 2019

Ana 10 aylıq qızını boğaraq öldürdü - Azərbaycanda

Ağdamda ana qızını qətlə yetirib.
ONA -nın yerli muxbirinin xəbərinə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərruatları araşdırılır.