287
10:41
16 Aprel 2019

Azərbaycanlı hakim Asiya çempionatına təyinat aldı

Azərbaycanlı boks hakimi Anar Babanlı beynəlxalq təyinat alıb.
ONA -nın məlumatına görə, referimiz Asiya çempionatının görüşlərində ədaləti qoruyacaq.
Sabah start götürəcək yarış Taylandın paytaxtı Banqkokda keçiriləcək. AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan təmsilçimiz qitə birinciliyinə Asiya Boks Konfederasiyası tərəfindən neytral referi kimi dəvət alıb.
Yarış aprelin 28-dək davam edəcək.