302
10:31
16 Aprel 2019

Dövlət qulluğu imtahanında iştirak edəcək NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 21 aprel 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət imtahan mərkəzindən Lent.az -a verilən məlumata görə, buraxılış vərəqəsini çap etmək üçünhttp://eservices.dim.gov.az/brxvdqlinkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.