452
09:43
16 Aprel 2019

Dostunu taxta ilə döyə-döyə öldürəndən YENİ XƏBƏR

Dostunu döyə-döyə öldürməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.
Qeyd edək ki, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.
DİN-dən Trend-ə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.
İlkin araşdırmalar zamanı B.Cəfərovu elə onu xəstəxanaya gətirən Rafael adlı şəxs taxta parçası ilə vəhşicəsinə döyərək ölümcül hala salıb. Belə ki, qeyri-sağlam həyat tərzi sürən dostlar Sabunçudakı yarımtikilidə yeyib içiblər. Bu zaman onların arasında mübahisə yaranıb və Bahadur Rafaeli ağır söyüşlərlə təhqir edib. Buna dözməyən R.Cəfərov sərxoş vəziyyətdə dostunu döyüb. Daha sonra isə ona kömək etmək məqsədi ilə xəstəxanaya gətirib.