374
09:15
16 Aprel 2019

Bu ərazidə bu gün və sabah işıq olmayacaq

Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
"Azərişıq" ASC-dən Lent.az -a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.