268
12:11
15 Aprel 2019

Bakıda seyf oğurlandı: 10 minlik qızıl, nəqd pul...

Bakıda içərisində 10 min manatlıq qızıl olan seyf oğurlanıb
Bakıda içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Süleymanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA -ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 400 manat pul və 10.200 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Süleymanov saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.