249
11:55
15 Aprel 2019

Qadın evində ölü tapıldı - Abşeronda

Abşeronda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA -ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Raisa Pelminovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.