1738
15:29
14 Aprel 2019

Azərbaycanda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI: iki azyaşlı uşaq anasını...

İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.
ONA -nın yerli bürosunun məlumatına görə, hadisəni törədən İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmin gün həmkəndliləri – 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus “Mercedes-BENZ”markalı, 99 CF 146 dövlət nömrə nişanlı avtomobilə 2018-ci ilin noyabr ayında tanış olduğu V. Məmmədovanın qaynı arvadı 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşə gəlib.
O. Seyidov onunla birgə gələn H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlətdiyi mağazaya nəzarət etmələrini və əgər o, evə gələrsə, bu barədə ona xəbər vermələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olarkən V. Məmmədova onları bir yerdə görüb. A. Məmmədova həmin vaxt mobil telefondan A. Məmmədovanın əri E. Məmmədova zəng edərək məlumat vermək istəyib. Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə A. Məmmədovanın həyətdən gətirdiyi taxta parçası ilə V. Məmmədovanın boyun və baş nahiyələrinə zərbələr endirib. V. Məmmədovanın həmin zərbələrdən ölmədiyini görən O. Seydov onun ölmədiyini bildikdən sonra əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib. Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub, yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin Evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. O. Seyidov H. Cəlalzadə ilə köməkləşərək meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər. Sonra da meyiti Araz çayının üzərindən keçən körpüdən çaya atıblar.
İmişli rayon Polis Şöbəsinin əməkdaşları O. Seyidov, H. Cəlalzadə, A. Surxayzadə və A. Məmmədovanı saxlayıb.
Qeyd edək ki, İmişlidə qətl hadisəsi baş verib. Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib.
Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.