1832
00:06
26 Mart 2019

"Oğlumun ad gününə gəldi, ərimi əlimdən aldı" - Xoşqədəm daha bir məşhuru biabır etdi

13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfovanın məşhur qadınların ailələrini dağıtdığı qadınlara müraciəti təsirsiz ötüşməyib.
Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə daha bir azərbaycanlı məşhur xanım müğənnin ailə dağıtması haqqında məktub göstərilib.
Məktubda yazılanları olduğu kimi təqdim edirik:
"Bir zamanlar bu məşhur xanım mənim ailəmi dağıdıb. Bir oğlumla məni ayırıb. Böyük uşağı mənim yoldaşımdandır. Oğlumun ad gününə gəlmişdi. Sonra verilişdə gördüm ki, ailə qurduğu kişi mənim həyat yoldaşımdır. O gündən də ayrılmışam, artıq 9 il keçib".
(milli.az)