628
23:17
25 Mart 2019

Unutqanlığın qarşısını alan BEYİN MƏŞQLƏRİ

Yaş irəlilədikcə beyin sağlamlığı geriləməyə başlayır. Beyin sağlamlığımızı qorusaq, bədənimiz və ruhumuz da sağlam olar. Bəs bunu necə edə bilərik? E-tibb.az beyin sağlamlığını qoruyacaq və unutqanlığın qarşısını almağa kömək edəcək beyin məşqlərini diqqətinizə çatdırır.
- Evə gedərkən həmişəki yolla getməyin, fərqli yollardan istifadə edin.
- Bir şeyi unutmamaq üçün ucadan bir neçə dəfə təkrar edin.
- Nəsə oxuduğunuz zaman eyni anda musiqi də dinləyin.
- Krossvord həll edin və ya puzzle yığın.
- Eyni anda həm beyninizi, həm də bədəninizi çalışdıracaq idmanla məşğul olun.
- Xarici dil öyrənin.
- Qoxu və dad kimi duyğular beyini gücləndirir. Odur ki, başqa ölkənin mətbəxini öyrənmək üçün yemək kursuna gedin.
- Tamamilə səssiz bir ortamda meditasiya edin.
- Nəyisə xatırlayıb, yadınızda saxlamaq istədiyiniz zaman onu vizual görüntülərlə ağlınızda canlandırın.
- Hər gecə yaxşı yatmağa çalışın. Sağlam yuxu beynin qidasıdır.