466
19:16
25 Mart 2019

Türkiyədə zəlzələ oldu

Türkiyənin Malatya vilayətində zəlzələ baş verib.
ONA "Sabah"a istinadən xəbər verir ki, mərkəzi Arquvan rayonu olan 4.5 maqnitudalı zəlzələ 7 km dərinlikdə qeydə alınıb.
Bir neçə gün əvvəl güclü zəlzələnin olduğu Dənizli vilayətində də bu gün səhər 4,1 maqnitudalı zəlzələ baş verib.
Qeyd edək ki, Dənizlidə baş verən zəlzələ nəticəsində onlarla ev dağılıb.