348
21:12
25 Mart 2019

Sabiq məhkum maşınlardan mobil telefonlar apardı

Gəncə şəhərinin Nizami rayonu ərazisində 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az -a daxil olan məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan R.Tağıyev saxlanılıb.