440
13:29
25 Mart 2019

Maşınla teplavoz toqquşdu

Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az -a daxil olan məlumata görə, martın 24-də saat 9 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Araz Dilağardı kənd sakini Barat Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qorunmayan keçiddə hərəkətdə olan teplavoza vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş B.Həsənov orada ölmüşdür.
Araşdırma aparılır.