1009
22:18
21 Mart 2019

Azərbaycanda bəbəxt hadisə: 3 yaşlı uşaq quyuya... - RENİMASİYADA - FOTO

Lənkəranda 3 yaşlı uşaq su quyusuna düşüb.
ONA -nın cənub bürosundan verilən məlumata görə, hadisə Haftoni qəsəbəsində qeydə alınıb.
2016-cı il təvəllüdlü Əliyeva Zəhra Mail qızı valideynlərinin nəzarətindən yayınaraq, su quyusuna yıxılıb. Köməyə gələn yaxınları onu quyudan çıxararaq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
O, tənəffüs yollarının obstruksiyası diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatı üçün ciddi təhlükənin olmadığı deyilir.