951
16:49
21 Mart 2019

Bayram günlərində neçə şəkərbura, paxlava yemək olar? - Dietoloqdan CAVAB

Novruz bayramında əhali tərəfindən bol çeşiddə şirniyyatlar hazırlanır və elə olur ki, bir həftə, 10 gün boyunca gün ərzində heç bir ölçü gözlənilmədən yeyilir.
Elə insanlar var ki, Novruz bayramı tətilindən sonra bir həftəyə 2-3 kilo kökəldiyini deyir.
Bəs bu problemin qarşısnı necə almaq olar?
Novruz süfrəsində hansı məqmalra diqqət edilməlidir?
Lent.az-ın mövzu ilə bağlı suallarını “Sağlam bəslən-arıqla” və “Köklüyün sirri-arıqlığı açarı” kitablarının müəllifi dietoloq Leyla Zülfüqarlı cavablandırıb.
O bildirib ki, Novruzu şirniyyat bayramı da adlandıra bilərik: “Bayram süfrəsi üçün həftələr öncədən hazırlaşırıq. Çoxlu şirniyyatlar hazırlayırıq. Halbuki müxtəlif şirniyyatların qısa zamanda yeyilməsi orqanizm üçün çox böyük zərbədir, yükdür”.
Dietoloq deyib ki, şirniyyatları yemədən öncə kalorilərini bilmək lazımdır: “Məsələn, bir şəkərburanın kalorisi 650-dir. Bir boşqab plov yemək də 700 kaloriyə qədər olur. Şəkərburanı, qoğalları ölçüsüz yediyimiz halda neçə boşqab plov yemiş kimi oluruq. Üstəlik günün sonunda süfrəyə oturub plov da yeyirik. Ona görə də şirniyyatlar üçün konkret bir ölçü olmalıdır”.
L.Zülfüqarlı bildirib ki, gündə bir ədəd şəkərbura və yaxud bir ədəd paxlava artıq normal ölçüdür. Bundan çox yeyilənlər isə orqanizmə yükdür. Onun sözlərinə görə, qəbul edilən əlavə şirniyyat bədəndə şəkər yüklənməsinə səbəb olur: “Orqanizmdə problemlərə yol açmamaq üçün ölçü mütləqdir. Onsuz da süfrədə isti xörəklər yeyirik. Ona görə də ölçü daha çox şirniyyatlara qoyulmalıdır. Nəzərə alsaq ki, bayram günlərində bütün günü süfrə açıq halda olur və insanlar hər oturuma şirniyyatları iki-iki yeyirlər. Elə hesab edirlər ki, şəkərbura ilə çay içmək heç nə yeməməkdir. Əslində isə bir şəkərbura ilə çay içən yemək yemiş sayılır”.
L.Zülfüqarlı onu da vurğulayıb ki, çay süfrəsi ilə yemək süfrəsi ayrı olmalıdır. Yemək yeyildikdən sonra üzərindən dərhal şirniyyatlarla çay içilməsinin zərərli olduğunu deyən dietoloq həmin şirniyyatları hesaba qatmadığımızı bildirib: “Yadda saxlamaq lazımdır ki, bayram günlərində şirniyyat süfrəsi ayrıca ara yemək şəklində olmalıdır. Aradan iki-üç saat keçdikdən sonra əsas yeməkləri qəbul edə bilərik. Bayram günü və yaxud ondan sonra süfrə açıb birdəfyə yemək səhvdir. Xüsusilə axşam saatlarında insanlar bu şirniyyatları qəbul etməsinlər.
Meyvələri də ölçüsüz yemək olmaz”.