494
15:13
21 Mart 2019

Ötən gecə 4 məscidə hücum oldu

Ötən gecə Böyük Britaniyada 4 məscidə hücum olub.
ONA -nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Uest-Midlends qraflığında baş verib.
İlk hadisə yerli vaxtla gecə saat 02.30 radələrində baş verib. Polisə bir nəfərin çəkiclə məscidlərdən birin pəncərəsinin şüşəsini sındırdığı barədə məlumat daxil olub. Polis hadisə yerinə gedən zaman daha 3 məscidə hücum barədə məlumat daxil olub. Ümumilikdə, ötən gecə ərzində Birmiqemdə 4 məscidin pəncərələrinin şüşəsi sındırılıb.