480
13:55
21 Mart 2019

Azərbaycan yığması Avropa çempionatına qatılmaqdan İMTİNA ETDİ

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində oynamaqdan imtina edib. ONA -nın məlumatına görə, yığmamız AVRO-2020-yə vəsiqələr uğrunda mübarizə aparmayacaq.
Belə ki, aprelin 4-də baş tutacaq püşkatma öncəsi yarış iştirakçılarının tam siyahısı açıqlanıb. Norveç və Danimarkanın ev sahibliyi edəcəyi final mərhələsinə vəsiqələr uğrunda ümumilikdə 31 komanda mübarizə aparacaq.
Bu yığmalardan 4-ü təsnifat mərhələsində qüvvələrini sınayacaqlar. Bu raundun qalibi yarışa seçmə mərhələdən başlayacaq 27 komandaya qoşulacaq.
Sonuncu dəfə AVRO-2016-nın seçmə tsiklinə qatılan millimiz ardıcıl ikinci dəfə yarışdan kənarda qalacaq. Ümumilikdə, AVRO-1996-da debüt etdiyi qitə çempionatına vəsiqələr uğrunda 10 dəfə mübarizə aparmış komandamız yalnız üç dəfə (AVRO-2000, AVRO-2014, AVRO-2018) turnirə qatılmayıb.
Qeyd edək ki, millimizin sonuncu rəsmi sınağı DÇ-2019-un seçmə mərhələsi olub. Komandamız Makedoniya, Türkiyə və İslandiya ilə eyni qrupda sonuncu yeri tutub.