394
12:39
21 Mart 2019

Qasırğa qurbanlarının sayı 217 nəfərə çatdı

“İdai” tropik qasırğası nəticəsində Mozambikdə ölənlərin sayı 217 nəfərə çatıb.
ONA -nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, daha 15 minə qədər insanın yardıma ehtiyacı var.
Mozambik ətraf mühit naziri Selzo Korreyya deyib ki, xilasedicilər indiyə qədər 3 minə qədər insanı xilas edib.
Bundan əvvəl qasırğa nəticəsində 200-dən çox insanın öldüyü açıqlanmışdı.
Qeyd edək ki, ötən həftə “İdai” qasırğası Afrikanın cənub-şərq sahillərində - Mozambik, Zimbabve və Malavidə dağıntılara yol açıb. Mozambikdə təbii fəlakət ən çox Beyra şəhərinə ziyan vurub.