2725
10:14
21 Mart 2019

Süni mayalandırma həkiminin ŞOK ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI: yanına gələn 48 qadını...

Amerikalım süni mayalanma mütəxəssisi Donald Klaynın ağlasığmaz əməlləri üzə çıxıb.
Həkimin illərlə xəstələri üzərində apardığı müalicələrdə öz spermasından istifadə etməsi aşkarlanıb.
Beləliklə, onun 48 insanın bioloji atası olduğu öyrənilib. O, xəstələrinə tibdə oxuyan tələbələrdən sperma alacağını deyib və onları arxayın salıb. Lakin gizli şəkildə öz spermasından istifadə edib. Əməllərini özü etiraf edən doktor bu addımından dolayı üzr istəyib.
Bu məsələ İndiana şəhərində meydana gələn bu olayda oraya çıxır. Kiçik yaşlarında süni mayalanma yolu ilə dünyaya gəldiyini öyrənən bir uşaq öz "bacı-qardaşlarını” axtarmaq üçün DNT testi etdirir. Az sayda bacı-qardaş tapa biləcəyini təxmin edən balaca uşaq sonda bioloji atasının etirafı ilə bu rəqəmin 48 olduğunu öyrənib.
Qeyd edək ki, sözügedən həkim 2009-cu ildə təqaüdə çıxıb. 2017-ci ildə isə iki ittiham üzrə barəsində 1 illik həbs cəzası qəbul edilib. Lakin ona bu əməli ilə bağlı hər hansı cinayət işi açılmayıb. Çünki İndiana qanunlarında həkimlərin süni mayalanma zamanı öz spermalarından istifadə etməsini qadağan edən maddə yoxdur.
(xezerxeber.az)