290
19:18
19 Mart 2019

İtkin düşən 22 yaşlı oğlan Bakıda tapıldı

Şəkidə itkin düşən şəxs tapılıb.
ONA -nın şimal-qərb bürosunun məlumatına görə, martın 15-də itkin düşən, Şəki şəhər sakini, 1997-ci il təvəllüdlü Fərman Abdurəhimov Bakı şəhərində tapılıb.
Qeyd edək ki, F.Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və geri qayıtmayıb.