262
19:04
19 Mart 2019

AŞPA məruzəçiləri əfv sərəncamını ALQIŞLADI

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçiləri məhkum olunmuş şəxslərin Azərbaycanda Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq əfv olunmasını alqışlayır.
Trend bu barədə AŞ PA-nın bəyanatına istinadən məlumat verir.
AŞ PA-nın məruzəçisi Sunna Evarsdottir məhkum olunmuş bir sıra şəxslərin humanizm nümayiş etdirilərək əfv olunması barədə Prezident İlham Əliyevin qərarını alqışladığını bildirib.
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.