340
18:49
19 Mart 2019

Futbol tarixinin ən yaxşı məşqçiləri məlum oldu - SİYAHI

“France Football” nəşri futbol tarixinin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb.
Lent.az komanda.az-a istinadən xəbər verir ki, siyahıya hollandiyalı Rinus Mixels başçılıq edir.
O, 1988-ci ildə Hollandiya millisi ilə Avropa çempionatının qalibi olub. Mixels “Barselona” və “Ayaks” klublarını da çalışdırıb.
Siyahıda 2-ci yeri isə “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson tutur.
İlk 10-luğu təqdim edirik:
1. Rinus Mixels
2. Aleks Ferqyuson
3. Arriqo Sakki
4. Yohan Kroyff
5. Xosep Qvardiola
6. Valeri Lobanovski
7. Elenio Errera
8. Karlo Ançelotti
9. Ernst Happel
10. Bill Şenkli