273
19:23
19 Mart 2019

“Google Inbox” poçt xidməti aprelin 2-də bağlanacaq

"Google" şirkətinin "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırması xəbəri hələ ötən ilin payızında məlum idi. O vaxt məlumat verilmişdi ki, sözügedən xidmətin işi 2019-cu ilin martında dayandırılacaq.
Lent.az ictnews-a istinadən xəbər verir ki,"Google" bu müddəti bir qədər uzadıb.
"Inbox" xidmətinin fəaliyyəti aprelin 2-də dayandırılacaq. "Google+" sosial şəbəkəsindən fərqli olaraq, "Inbox"un bağlanması xəbəri çoxlu sayda istifadəçini məyus edib.
Bildirək ki, "Google" ötən ildən başlayaraq "Inbox" xidmətinin uğurlu funksiyalarının bir hissəsini "Gmail" poçt xidmətinə daşıyıb.