294
18:17
19 Mart 2019

Real Madrid Liverpula elçi düşdü - Ən yaxşısını istəyir

İngiltərənin Liverpul klubunun hücumameyilli yarımmüdafiəçisi Sadio Mane Real Madridə keçə bilər.
Lent az xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat dərc edilib.
Məlumata görə, Real Madrid növbəti dəfə Maneni öz sıralarında görmək fikrindədir. Bu istəyin yay transferində gerçəkləşəcəyi bildirilir. Belə ki, seneqallı futbolçunun kluba transferində baş məşqçi Zinəddin Zidan şəxsən təşəbbüs göstərir.
O, Maneni hələ ötən il öz klubunda görmək istəyirdi. Məlum istefa qərarından sonra bu məsələ arxa palana keçmişdi.