337
16:33
19 Mart 2019

Topaz Premyer Liqası: Növbəti turun cədvəli müəyyənləşdi

Topaz Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb.
ONA -nın məlumatına görə, IV dövrəyə martın 30-da start veriləcək.
İlk oyun günündə öncə “Zirə” “Səbail”i sınağa çəkəcək. Ardınca “Keşlə” – “Neftçi” matçı baş tutacaq.
Aprelin 1-də “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Topaz Premyer Liqası
XXII tur
30 mart (şənbə)
“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Keşlə” – “Neftçi”
“ASK Arena”, 18:30
1 aprel (bazar ertəsi)
“Qəbələ” – “Sabah”
Qəbəl şəhər stadionu, 14:00
“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 18:30