252
16:14
19 Mart 2019

İtkin düşmüş şəxsin meyiti tapıldı

Qusar rayonu Zuxul kəndi ərazisində kişi meyiti aşkar olunub.
ONA -nın məlumatına görə, Qusar rayon Prokurorluğu və rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib. Müayinə zamanı meyitin üzərində hər hansı xəsarət aşkar edilməyib. Meyit daxili müayinə edilməsi üçün ekspertizaya təhvil verilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, meyiti tapılan şəxsin Qusar rayonu, Yuxarı Tahircal kənd sakini, 1990-cı il təvəllüdlü Həmidov Rəşad Ağaverdi oğlu olması müəyyən edilib. Psixi xəstəlikdən əziyyət çəkən R.Həmidov martın 15-də evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun meyiti martın 18-i Zuxul kəndi ərazisində “Tahircal” çayının kənarında, körpünün alt hissəsində aşkar edilib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.