816
21:59
18 Mart 2019

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLENT

Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev bu gün təqdimat mərasimində fotokameralara tuş gəlib.

O, müğənni Nigar Camalın "Get həyatımdan" adlı klipinin təqdimatına qatılıb.

Buna səbəb M.Quliyevin oğlu Murad Qulubəylinin də ekran işində rol alması olub.

"Yaradıcı gəncləri təbrik edirəm.Onlara daim Ulu Öndər dəstək olub.Gənclərin uğurları onun ruhunu şadlandırır. İndiki gənclər 15 il əvvəlki gənclər deyil, daha istedadlıdırlar. Sizi təbrik edirəm" - deyə, M.Quliyev bildirib.

Murad Qulubəyli isə bildirib ki, aktyor olmaq istəyir, atası M.Quliyev isə daim ona dəstək olur.





(axsam.az)