372
21:04
18 Mart 2019

Putindən dezinformasiya haqqında YENİ QANUN

Rusiya prezidenti Vladimir Putin "Saxta məlumatlar haqqında" qanunu imzalayıb.
ONA -nın Rusiya KİV-inə istinadən yaydığı məlumata görə, qanunda dövləti və cəmiyyəti təhqir edən şəxs və şəxslərə cərimələr və cəzaların tətbiqi göstərilib.
Qanun özündə həmçinin həyat və sağlamlığa, vətəndaşların əmlakına, ictimai asayişə və təhlükəsizliyə təhlükə törədən, infrastrukturların, bankların, sənaye və kommunikasiyaların işləməsinə mane olan çağırışları da ehtiva edir.