374
18:17
18 Mart 2019

Hollandiyada terror: türk əsilli şəxs şübhəli bilinir

Hollandiyanın Utrext şəhərində tramvayda baş verən atışma ilə əlaqədar polis 37 yaşlı türk əsilli Gökmən Tanışın şübhəli olduğunu açıqlayıb.
ONA xəbər verir ki, hadisəni törədən şəxs hələ azadlıqdadır. İnsidentlə əlaqədar məktəblərdə, yollarda və məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, bu gün Utrext şəhərində naməlum şəxs tramvayda insanlara atəş açıb. Nəticədə bir nəfər həyatını itirib və bir neçə nəfər yaralanıb. Polis hadisənin terror aktı olduğunu istisna etmir. Hadisədə bir neçə şəxsin iştirak etdiyi ehtimal edilir.