971
09:24
18 Mart 2019

Bakının bu rayonlarında qaz yoxdur - SƏBƏB

Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb: "Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub".
(Trend)