4124
15:06
16 Mart 2019

Elariz Amerikada bu qiymətə mahnı oxuyur - FOTO

Bir müddət öncə Amerikaya köçən müğənni Elariz Məmmədoğlu gəlir yerini açıqlayıb.

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bildirib ki, Nyu-Yorkda müğənnilik edir. O qeyd edib ki, Amerikada məclislərə yarım saatı 1500 dollar müqabilində təşrif buyurur.

Qeyd edək ki, E.Məmmədoğlu bir müddət öncə “Green card” qazanaraq Amerikaya köçüb.