903
00:20
16 Mart 2019

Azərbaycanda 5 mərtəbəli binada partlayış oldu: yaralı var

Lənkəranda 5 mərtəbəli binada partlayış olub.
ONA -nın cənub bürosunun məlumatına görə, partlayış şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Hadisə nəticəsində Z.Əliyeva küçəsi, ev 78/3, mənzil 11 ünvanında kirayə qalan 1997-ci il təvəllüdlü Xəlilzadə Cəmil Əliməmməd oğlu müxtəlif xəsarətlər alıb. O dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadəyə hər iki əlinin, sifət və boyun nahiyəsinin 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
Qeyd edək ki, Masallı rayon Zuvand kənd sakini olan C.Xəlilzadə LDU-nun tələbəsidir.