376
19:16
14 Mart 2019

Ağsuda da ZƏLZƏLƏ oldu

Bu gün yerli vaxtla saat 18:19-da Pirqulu stansiyasından 9 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Lent.az -a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Xəbərə görə, zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

Lent.az xatırladır ki, bu gün yerli vaxtla saat 13:36:11-də Şamaxı ərazisində də zəlzələ qeydə alınıb. Zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub