179
11:59
31 İyul 2018

İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, saxlanılan şəxsin düz bağırsağında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 0,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,368 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.