158
10:44
31 İyul 2018

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az -a verilən məlumata görə,Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifov Anar Knyaz oğlunun yanına görüşə gəlmiş tanışı Bakı şəhəri sakini Quliyev Şahmar Seyfəl oğlunun gətirdiyi sovqatlara və üzərinə baxış zamanı corabının içərisində gizlətdiyi 0.503 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.