149
07:53
31 İyul 2018

Bakıda avtomobil piyadanı vurdu

Gecə saatlarında paytaxtda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Bakının Binəqədi rayonu, Xutor qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Rüstəmova Firuzə Vaqif qızı piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçmək istəyərkən yaxınlaşmaqda olan avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan 28 yaşlı qız 1 saylı Xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Yol qəzası ilə bağlı Binəqədi polisi tərəfindən araşdırmalara başlanılıb. Sürücü saxlanılaraq ifadəsi də alınıb.