168
04:54
31 İyul 2018

Paytaxtda 46 yaşlı kişi bıçaqlandı

Qaradağ rayonunda dava zamanı 1 nəfər xəsarət alıb.

Lent.az -ın “Report”a istinadən xəbərinə görə, hadisə Lökbatan qəsəbəsindəki parkda qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Zərbəliyev Elnur Mahmudoviç taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Tərəflər arasında mübahisəyə səbəb təhqiredici ifadə olub. Onların mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı E.Zərbəliyev bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Taksi sürücüsü isə hadisə yerindən avtomobili ilə qaçarkən Qaradağ Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.