258
21:19
29 İyul 2018

İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəkalət zamanı 160 nəfər xəsarət alıb, onlarla yaşayış evi uçub.

Qeyd edək ki, bu gün Lambok adasında 6,4 bal gücündə zəlzələ qedyə alınıb. Yeraltı təkanların ocağı 7,5 km dərinlikdə yerləşib.