233
18:18
29 İyul 2018

Hindistanı dəhşətli qəzada universitetin 32 əməkdaşı öldü

Hindistanda avtobus uçuruma düşüb.

APA -nın 3NHK telekanalına istinadən verdiyi məlumata görə, hadisə Maxaraştr ştatında baş verib.

Avtobus 150 metr hündürlükdən uçuruma düşüb. Nəticədə avtobusda olan 33 nəfərdən 32-i ölüb, 1-i ağır xəsarət alıb. Hadisə baş verən zaman hava yağışlı və dumanlı olub.

Avtobusun sərnişinləri istirahətə gedən yerli universitetin əməkdaşları olub.

APA