214
07:55
29 İyul 2018

10 nəfər zəlzələnin qurbanı oldu - İndoneziyada

İndoneziyanın Lombok adasında 6,4 bal gücündə baş vermiş zəlzələ nəticəsində 10 nəfər ölüb. APA -nın xəbərinə görə, bu barədə “Channel NewsAsia” telekanalı yerli FHN-ə istinadən məlumat yayıb.

İnsanların ölümünün səbəbi və təbii fəlakətlə əlaqədar digər təfərrüatlar hələlik açıqlanmır. Zəlzələ nəticəsində 40-dan çox insanın xəsarət aldığı bildirilir.