269
13:53
28 İyul 2018

69 yaşlı qadın evində ölü tapıldı

Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Lent.az -ın FHN-nin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Minliko İbova Yakobovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.