297
10:11
28 İyul 2018

Hirkan Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Hirkan Milli parkında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, 27.07.2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb.
***
09:48
İyulun 27-si saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli Parkının ərazisinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal ETSN-nın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.
Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.
Yanğının səbəbləri araşdırılır.