414
21:33
27 İyul 2018

“Yuventus” “Barselona”dan oyunçu aldı

“Yuventus” “Barselona”dan oyunçu alıb. Apasport.az saytının məlumatına görə, “qoca sinyora” katalonların 16 yaşlı futbolçusu Pablo Moreno ilə müqavilə imzalayıb.

“Mundo Deportivo” bu keçid üçün qarşı tərəfə 700 min avro ödənildiyini yazıb. Bundan başqa, “Yuventus” oyunçunun yetişdirilmə xərci üçün əlavə məbləğ də ödəyəcək.

Qeyd edək ki, İspaniyanın ən prespektivli gənc futbolçularından biri hesab olunan Moreno 13 yaşından “Barselona”nın strukturunda olub, daha əvvəl isə “Qranada”nın alt yaş qruplarında çıxış edib.