194
13:27
27 İyul 2018

Bu gecə 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq

İyulun 27-dən 28-ə keçən gecə bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək.
Lent.az -ın AMEA-nın saytına istinadən xəbərinə görə, bir saat 43 dəqiqə davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq.
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Ay tutulması hadisəsini müşahidə etmək məqsədilə “Açıq qapı” günü elan edir.
Ziyarətçilər bu gün Şamaxı Astrofizika Rəsədxanası ilə tanış ola və teleskop vasitəsilə səma cisimlərini ödənişsiz müşahidə edə biləcəklər.